Britni Spirs

Britni Spirs
ing. Britney Spears
Ümumi məlumatlar
Doğum adı Britney Jean Spears
Ləqəbləri Bit-Bit, Brit, Pinky
Doğum tarixi 2 dekabr 1981(1981-12-02)[1][2][…] (42 yaş)
Vətəndaşlığı
Uşaqları 2
Partnyorları
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 1992-ci ildən
Janrlar pop musiqisi, dans-pop, elektropop[d], sinti-pop, elektronik rəqs musiqisi[d]
Musiqi alətləri piano
Səs tembri soprano
Albom şirkətləri RCA Records[d], Jive Records[d], Sony Music[d]
İmzanın şəkli
britneyspears.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Britni Cin Spirs (ing. Britney Jean Spears; 2 dekabr 1981[1][2][…]) — ABŞ müğənni və ifaçısı (pop və müasir R&B janrlarında). 2005-ci ildə Qremmi mükafatı laureatı olmuşdur ("Toxic" mahnısına görə). Amerika musiqi tarixində albomları ən yaxşı satılan səkkizinci qadın müğənnidir.

Onun "…Baby one more time" adlı ilk albomu onu dünyaca məşhur eləmiş və albomun eyniadlı sinqlı Billboard Hot 100 çartında birinci yerə yüksəlmişdir. Spirsin ikinci "Oops!…I Did It Again" adlı albomu 2000-ci ilin yazında çıxmış və onun pop-ulduz statusunu daha da möhkəmləndirmişdir. Onun üçüncü albomu "Britney" 2001-ci ilin payızında buraxılmışdır və növbəti albomu- "In The Zone" 2003-cü ilin payızında işıq üzü görmüşdür. Karyerasındakı fasilədən sonra 2007-ci ilin oktyabrında "Blackout" albomu çıxmışdır. Albomun ilk sinqlı olan "Gimme More" dünyaca məşhur mahnı olmuşdur. "Piece of me" mahnısına gorə o üç mükafat qazanıb — "ən yaxşı pop-mahnı", "ən yaxşı qadın videosu"na və "2007-ci ilin ən yaxşı videosu"na görə.

  1. 1 2 Britney Spears // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 The International Who's Who of Women 2006. Routledge, 2005. ISBN 978-1-85743-325-8
  3. 1 2 https://www.billboard.com/photos/6236635/britney-spears-relationships-dated-justin-timberlake-kevin-federline-boyfriends.
  4. 1 2 https://www.bbc.com/news/entertainment-arts-56047830.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search